22 İyul 2015 16:46
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boko Haram terroru üzündən çətin günlər yaşayan Nigeriya prezidenti Məhəmməd Buxari Amerika Birləşmiş Ştatlarında dəstəklə bağlı səfərdədir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Evdə Buxarini qəbul edən prezident Barak Obama Nigeriyanın Boko Harama qarşı icra etdiyi mübarizəni təqdir edib və Vaşinqton yardım edəcəyini bildirib.

Buxari Obamadan sonra Dövlət katibi Con Keri ilə görüşüb. Onlar birlikdə kameralar qarşısında çıxış edərək Boko Haramın yox edilməsi üçün nə lazımdırsa edəcəklərini söyləyiblər. Keri mətbuata prezident Buxarilə terrorla mübarizə ilə bağlı əhəmiyyətli bir razılaşma imzaladıqlarını da açıqlayıb.

Vaşinqton görüşləri çərçivəsində Dünya Bankı nümayəndələri ilə də bir araya gələn Buxari ölkəsinə 2 milyard dollardan çox maddi dəstək alıb və bu pulun Boko Haram terroruna qarşı, eyni zamanda, xarab olan ölkəsinin yenidən qurulmasına istifadə edəcəyini bildirib.

Beləliklə, Buxari, Bill- Melinda Gates Cəmiyyəti və Beynəlxalq Səhiyyə Təşkilatı nümayəndələri birlikdə Nigeriya üçün dəstək istəyiblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər