27 May 2014 15:00
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyadakı Avropa Parlamenti seçkisində bir çox bülletendən Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın adı çıxıb.

Axar.az xəbər verir ki, Avropa Birliyi üzvü olan ölkələrdə dünən keçirilən Avropa Parlamenti seçkilərində türk əsilli seçicilərin etirazı diqqət çəkib.

Açılan sandıqlardan xeyli sayda "Rəcəb Tayyib Ərdoğan - Türkiyə" yazısı ilə bülletenlər çıxıb.
Türk mənşəli seçicilər etirazın səbəbini Avstriya mediasında Türkiyə və Baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı aparılan qara piarla bağlı xəbərlərə etiraz olaraq etdiklərini bildiriblər.
Seçicilər daha sonra öz etirazlarını Feysbuk profilində paylaşıb. Altından isə "Türklərin səsini alıb Türkiyə Cümhuriyyətinə və Baş nazirinə düşmənçilik etmə dövrü bitdi" sözlərini yazıblar.

Müəllif: