23 İyul 2015 12:55
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks üzrə keçmiş dünya çempionu Larri Holms ukraynalı Vladimir Kliçkonu döyüşə çağırıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Boxing News Online" məlumat yayıb.

"65 yaşım var və titul uğrunda Kliçko ilə dalaşa bilərəm deyəndə özümə bunun hesabatını verirəm. Kliçko mənim üçün təhlükə törətmir. Mənə formaya düşmək üçün altı ay bəs edər" amerikalı deyib.

O, çıxdığı 75 döyüşdə 69 qələbə (44 nokautla) qazanıb. Holms Məhəmməd Əliyə altı dəfə uduzub.

Qeyd edək ki, Vladimir Kliçko boksun dörd versiya üzrə (WBA, WBO, IBO, IBF) hazırki çempiondur. Mart ayında ukraynalı idmançının 39 yaşı olub.

Rüstəm


Müəllif: