23 İyul 2015 13:38
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı generel Mark Milley Senatda çıxışı zamanı Rusiyanın nüvə gücü hesabına ABŞ-ı məhv edə biləcək yeganə ölkə olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Washington Times" məlumat yayıb. General Senatda çıxışında "Rusiya, ABŞ-ı məhv etmək üçün lazımlı nüvə potensialına malik olan yeganə ölkədir" deyib.

Milley bu vəziyyətin ABŞ üçün yenilik olmadığını bildirib. O, Çini də təhdid ünsürü olaraq gördüyünü söyləyərək "bu bizə təzyiq olduğu mənasına gəlməz, ancaq general kimi ehtimallar və ola biləcək təhlukələrə diqqət yetirməliyəm" deyib.

ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi Mark Toner isə Rusiyanı təhdid kimi görmədiklərini bildirərək, iki ölkənin bir çox məsələdə əməkdaşlıq etdiyini vurğulayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər