24 İyul 2015 20:15
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Ashton Carter İraqın şimalındakı Kürd muxtar regionunun paytaxtı Ərbilə gedib.

O regionun rəhbəri Masud Barzani və kürd döyüşçülərinə təlim keçən ABŞ hərbçiləri ilə görüşüb. Kürd döyüşçüləri İraqın şimalında İslam Dövləti Qrupu ilə mübarizədə bir neçə vacib məntəqə və ərazini geri qaytarıblar.

Pentaqon kürd döyüşçülərdən ibarət “Peşmerqa” birləşməsinin İD-lə mübarizədə rolunu yüksək qiymətləndirir. Bu qrup yaxınlarda ABŞ-dan yeni tip müxtəlif silahlar istəyib.

Carter bundan bir gün əvvəl Bağdadda olub.

Səfər zamanı ölkə rəhbərliyi ilə İslam Dövləti qrupu ilə mübarizə və digər məsələlər müzakirə ounub.


Müəllif:

Oxşar xəbərlər