25 İyul 2015 01:20
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müdafiı naziri Tina Xidaşeli hərbi qulluqçularla birgə 1 həftə hərbi hissələrdə gecələyəcək. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, nazir bu müddətdə müxtəlif bazalarda olacaq, hərbçilərlə birgə qidalanacaq və səhər gimnastikası iıə məşğul olacaq.

Müdafiə Nazirliyindən bildirilib ki, nazirin baş çəkəcəyi Batumi, Senaki, Xoni, Qori, Saçxer və Kutaisinin hərbi bazalarında müxtəlif tədbirlər, o sırada idman tədbirləri keçiriləcək, təhlükəsizlik və başqa məsələlərə dair mühazirələr oxunacaq.

“Nazir hərbi qulluqçuların hansı şətaritdə yaşadığını şəxsən görmək istəyir”, - deyə nazirlikdən bildirilib.


Müəllif: