25 İyul 2015 11:59
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama ata evi Kenyaya getməyə hazırlaşdığı bir vaxtda “CNN İnternational”ın xəbəri iki ölkədə ciddi mübahisələrə səbəb olub.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, telekanal bu səfərlə bağlı hazırladığı süjetdə “Obama təkcə ata evinə deyil, terror yuvasına gedir” kimi ifadə işlədib. Telekanal bunu Əl-Qaidə terror təşkilatının Keniyadakı Əl-Şəbab ilə əlaqələrinə əsasən bəyan edib.

Bu ifadə son günlər sosial medianın mövzusuna çevrilib. ABŞ mühafizə orqanları Obamanın təhlükəsizliyinin təmin edilməsində heç bir problem olmadığını bəyan edib. Keniyalılar Obamanın gəlişini maraqla gözləsələr də, kanalın qısa zamanda onların üzr istəməsini tələb edirlər.


Müəllif:

Oxşar xəbərlər