27 İyul 2015 00:39
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Şimal Sina rayonunda polisləri daşıyan avtobus partladılıb.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, polisləri daşıyan avtobusun keçdiyi yol üzərində yerləşdirilən bombanın partlaması nəticəsində 12 nəfər yaralanıb. Yaralı polisləri ətraf xəstəxanalara çatdırmaq üçün hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Bu ərəfədə Misir ordusu və polisi tərəfindən, başda Sina olmaqla bir sıra rayonlarda terrorçulara və təxribatçılara qarşı əməliyyatlara başlanılıb.

Nihad


Müəllif: