Ukraynanın “Azov” könüllü dəstəsinin komandirlərindən biri Yaroslav Babiç iyulun 26-da özünü asıb.
APA-nın Ukraynanın “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının deputatı, “Azov”un keçmiş döyüşçüsü Dmitri Linko bildirib.
Hadisə barədə deputat Facebook səhifəsində yazıb.
“Bu gün “Azov” alayının hüquq bölməsinin rəisi Yaroslav Babiç asılmış vəziyyətdə tapılıb”, - deyə D. Linko səhifəsində qeyd edib.
Qeyd edək ki, könüllülərdən ibarət olan “Azov” alayı Donbassda separatçılara qarşı döyüşlərdə aktiv iştirak edir.