Suriya lideri Bəşər Əsəd ordu hissələrinin kadr sarıdan korluq çəkdiyini və bu səbəbdən kritik yerləri əllərində saxlamaq üçün az əhəmiyyət kəsb edən bölgələrdən çəkildiklərini söyləyib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əsəd ötən gün fərari əsgərlər haqqında amnistiya elan edib. O, açıqlamasında Suriya ordusunun kadr sarıdan korluq çəkdiyini bildirib. Bunun nəticəsində bəzi rayonlardan geri çəkilmək məcburiyyətində qaldıqlarını açıqlayıb.
"İnsan ehtiyatı baxımından çatışmazlıq var. Əsgər sayını artırmaq üçün lazımi tədbirlər görməliyik. Elan edilən amnistiya da fərarilərin yenidən orduya qatılmasını cəsarətləndirmək üçündür".
Ordu qüvvələrinin eyni anda ölkənin hər yerində ola bilməyəcəyini də vurğulayıb.
Rüstəm