Almaniya kansleri Angela Merkel Türkiyə ilə ölkəsinin terrora qarşı birlikdə mübarizə aparmasının tərəfdarı olduğunu bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə XİN-dən verilən açıqlamada Baş nazir Əhməd Davudoğlunun Angela Merkel ilə telefonla danışdığı bildirilib. Merkel son günlər terror hücumları nəticəsində türk vətəndaşları və təhlükəsizlik əməkdaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
O, həmçinin Almaniyanın Türkiyəni istər PKK, istərsə də İŞİD-ə qarşı apardığı mübarizədə dəstəklədiyini qeyd edib. Terrora qarşı aparılan əməliyyatlarda Türkiyə ilə həm ikitərəfli, həm də NATO çərçivəsindəki mövcud əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Rüstəm