Qırğızıstan prezidenti Almazbek Atambayev ABŞ ilə əməkdaşlıq haqqında müqaviləyə xitam verilməsi barədə ölkə hökümətinin qəbul edilmiş qərarı dəstəklədiyini bildirib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 1993-cü ildən qüvvədə olan sənədə xitam verilməsi barədə qərar Qığızıstan höküməti tərəfindən ötən həftə qəbul olunub. Buna səbəb ABŞ Dövlət Departamentinin qırğız hüquq müdafiəçisi Azimjan Askarova “İnsan hüquqları müdafiəçisi” mükafatına layiq görülməsi barədə verdiyi qərarı olub.
2010-cu ilin iyun ayında ölkənin cənubunda etnik zəmində münaqişədə iştirakına görə Qırğızstan məhkəməsi Askarova ömürlük həbs cəzası kəsmişdi.
Prezident Atambayevin sölərinə görə, Askarova mükafatın verilməsi “Qırğızıstanın cənubunda etnik zəmində münaqişənin qızışdırılnmasına yönələn əvvəlcədən düşünülmüş təxribatdır”
Özbək əsilli Qırğızıstan hüquq müdafiəçisi Azimjan Askarov