Motosiklet yarışları üzrə dünya çempionu Kənan Sofuoğlu 4 aylıq övladını itirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpə 2 ay əvvəl beyin qanaxması keçirərək xəstəxanaya yerləşdirilmişdi. 4 aylıq Həmzə bu gün dünyasını dəyişib.
Kənan Sofuoğlu oğlunun tabutunu məscidə öz qucağında gətirib. Onun bu hərəkəti hər kəsi göz yaşlarına boğub.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm