27 May 2014 17:20
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanda “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr edilmiş tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının dördüncü iclası başlayıb.

Publika.az - ın erməni mediasına istinadən verdiyi məlumata görə, islasa komissiya sədri, prezident Serj Sarkisyan başçılıq edib.

İslasın məqsədi “soyqırım”ın 100-cü ildönümü ilə bağlı tədbirlərin rəsmi startı ərəfəsində hərəkət strategiyasını dəqiqləşdirməkdir. S.Sarkisyan çıxışında məlumat verib ki, dünən regional komissiyaların forumu keçirilib və burada dünyanın müxtəlif ölkələrində gedən hazırlıq işləri və qarşıdakı proqramlar müzakirə edilib.

Ermənistan prezidenti “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində beynəlxalq cəmiyyəti “soyqırım”ı tanımağa, “görünməmiş cinayəti” ittiham etməyə çağırıb. “Dünyanın müxtəlif yerlərindən Türkiyə rəhbərliyinə perspektivsiz inkar siyasətinə son qoymağa çağırışlar səslənir. Türkiyə dərk etməlidir ki, Osmanlı İmperiyasının cinayətinə şərik olmaqdan başqa alternativ yoxdur. Faktların təkzib edilməzliyi Türkiyə hakimiyyətini müxtəlif tədbir görməyə məcbur edir. Keçmişin ağır yükündən azad olmaq üçün mümkün olan tək addım erməni soyqırımının tanınmasıdır”, - Sarkisyan deyib.

Türkiyənin erməni arxivlərinin açılması ilə bağlı tələbinə toxunan Ermənistan prezidenti qeyd edib ki, həqiqətlərlə üz-üzə qalmaq üçün arxivlərə ehtiyac yoxdur:

“Hər şeydən əvvəl məlumdur ki, Ermənistan bütün arxivləri həmişə tədqiqatçılar üçün açıq olub. Amma həqiqətlə üz-üzə qalmaq üçün heç bir arxiv işi tələb olunmur. İstənilən erməninin evinə girmək kifayətdir. Əgər Türkiyə hakimiyyəti 24 apreldə erməni xalqının yanında olarsa, düşünmürəm ki, bundan sonra onlar arxivlərin açılması barədə fikirləri səsləndirə biləcəklər. Mən rəsmən Türkiyə prezidentini 24 aprel 2015-ci ildə Ermənistana dəvət edirəm”.


Müəllif: