ABŞ prezidenti Barak Obama Afrika ölkələrini dövlət başçılarını konstitusiyada nəzərdə tutulmuş hakimiyyət müddətinə əməl etməyə çağırb.
Obama iyulun 28-də Efiopiyanın paytaxtı Addis-Abebedə çıxış edərkən bildirib ki, prezidentlər konstitusiyuada nəzərdə tutulmuş müddətə əməl etməmələri Afrikada demokratiyanı təhlükə altında qoyur.
O buna misal kimi bu günlərdə Brundi prezidentinin 3-cü müddətə getməsini göstərib.
Qeyd edək ki, bu dəfələrlə digər Afrika ölkələrində də baş verib.