Şirvan şəhərində Mərkəzi Poçtun 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus mənzildə yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğına səbəb mənzilin mətbəxində məişət qaz balonunun alışması olub. Poçtun qalan hissəsi yanğından mühafizə olunub.