29 İyul 2015 10:58
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə və ABŞ-in Suriyada "təhlükəsiz sahə" yaratması, Ankaranın kürdlərin ərazilərini formalaşdırmağını dayandırmaq üçün cəhdidir".

Teleqraf.com xəbər verir ki, bunu Xalqların Demokratik Partiyası lideri Selahattin Demirtaş Türkiyədə kürd əsilli partiya lideri BBC-ə deyib.

O, bildirib ki, Türkiyənin sərhədlərdə İslam Dövləti (İD) qruplaşmasına qarşı əməliyyatları, əslində PKK (Kürd İşçi Partiyası) kürd üsyançılarını hədəfləmək üçün "örtükdür".

Ankara bundan əvvəl bildirib ki, Türkiyədə PKK hücumları sülh cəhdlərini qeyri-mümkün edib. Son dövrdə Türkiyə qüvvələri və PKK arasında qarşıdurma yaranıb. Türkiyə, həmçinin İD qruplaşması tərəfindən hücuma məruz qalıb- ötən həftə sərhəd rayonu Surucda 32 nəfər öldürülüb.

Türkiyə PKK və İD-i "terrorçu təşkilatları" hesab edir. Bundan başqa, ABŞ bəyan edib ki, Suriyada İD-ə qarşı birgə hərbi kampaniya aparmaq üçün Türkiyə ilə danışıqlar aparır.

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, sərhəd zonasına indi "daha çox koalisiya cəhdləri və enerji" sərf edilməlidir. Lakin o, ABŞ-ın Türkiyəyə şimali İraqdakı kürd qüvvələrinə hava hücumları təşkil etməsinə sanksiya qoyduğunu təsdiqləməyib.

Ötən həftələrdə təhlilçilər deyirdi ki, Türkiyə ABŞ-ın rəhbərliyi ilə İD-lə mübarizə edən koalisiyaya münasibətini dəyişib. Əvvəlki "könülsüz" tərəfdaş, Türkiyə, indi ABŞ helikopterlərinə hava bazalarında enmək üçün şərait yaradır.


Müəllif: