30 İyul 2015 08:05
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şimalındakı Kaleys liman şəhərinin rəsmiləri Avrotuneldən Britaniyaya üz tutmuş daha 1500 qaçqının keçmək istədiyini və uğursuz cəhd zamanı bir nəfərin öldüyünü bildirib.

Fransa polisi bildirib ki, bazar ertəsi gecə polisin 2 mindən çox miqrantı geri qaytarmasına baxmayaraq, onlar çərşənbə axşamından çərşənbə gününə keçə gecə Avrotunel vasitəsilə Kaleysə keçməyə cəhd göstərib.

Tuneldə ölən 25-30 yaşlarında şəxsin sudanlı şəxsə miqrant olduğu və yük maşını tərəfindən vurularaq, öldüyü guman edilir.

Qarşıdurmalar çərşənbə axşamından bəri Avrotunelin fəaliyyətində böyük ləngimələrə səbəb olub. Britaniyanın daxili işlər naziri Tereza Mey deyib ki, Avrotuneldə təhlükəsiziliyin təmin edilməsi üçün Fransaya əlavə 10,8 milyon dollar yadım ediləcək.


Müəllif:

Oxşar xəbərlər