30 İyul 2015 01:32
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan hökuməti ilə bu həftə Pakistanda sülh danışıqlarına başlayacaq Taliban və ona yaxın üsyançı qruplar Talibanın lideri Molla Ömərin ölməsi ilə bağlı xəbəri təkzib edib.

Amerikanın Səsinə müsahibə verən Taliban sözçüsü deyib ki, onların lideri sağdır və önun ölümü ilə bağlı şaiyələr Molla Ömərin ictimaiyyət qarşısına çıxmasına nail olmaq üçün yayılıb.

Kabildə rəmilər bu gün Taliban liderinin ölümü ilə bağlı xəbərlərin araşdırıldığını bildirib. Bəzi media təşkilatları isə bunun Əfqanıstanın yüksək səviyyəli rəsmilərinin iddiası olduğu haqda məlumat verib.

Əfqanıstanda sülh prosesi ilə bağlı məlumatı olan mənbələrin də dediyinə görə, Molla Ömərin ölümü ilə bağlı xəbər doğru deyil və bu məlumatlar bu həftənin sonunda Pakistanda keçiriləcək ikinci raund sülh danışıqlarının pozulmasına yönəlib.

Molla Ömərin ölməsi ilə bağlı xəbərlər son 10 ildə mediada vaxtaşırı yayılsa da, heç vaxt təsdiq olunmayıb.


Müəllif:

Oxşar xəbərlər