30 İyul 2015 00:04
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya NATO-ya Gürcüstan və Ukrayana da daxil olmaqla Şərqə doğru genişləməklə bağlı növbəti xəbərdarlığını edib.

Axar.az xəbər verir ki, “Life Nyus”a danışan Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko belə bir oyunun bütün Avropa üçün ağır geosiyasi nəticələrə gətirib çıxaracağını söyləyib. Onun sözlərinə görə, Brüssel və digər Avropa ölkələri yarana biləcək təhlükənin fərqinədədirlər: “NATO-ya üzvlük Ukrayna xalqını ikiyə böləcək və beynəlxalq gərginliyi daha da artıracaq. Rusiya Qərblə yaşadığı gərginlik üzündən bu həftə sonu dəniz doktrinasını yeniləyib.

Rus donanmasının Krımdakı varlığının genişləndirilməsi hazırda əsas hədəf seçilib. Dekabrdan bu yana edilən bütün xəbərdarlıqlara rəğmən NATO Baltik dənizində və Şərqi Avropada 5 min əsgər, tank və ağır silahları yerləşdirmək barədə qərar verib. Bu cür təhlükəli oyun bütün Avropa üçün ağır nəticələrə gətirib çıxara bilər”.


Müəllif: