Türk Hava Qüvvələri ötən gecə Şimali İraqda və ölkə daxilində PKK-ya qarşı əməliyyatı davam etdirib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, hücumlar nəticəsində 190 terrorçu öldürülüb, azı 300 terrorçu yaralanıb.
Xüsusi xidmət orqanları məlumatına əsasən, Şimali İraqdakı əməliyyatlarda 40 təyyarə, ölkə daxilindəki əməliyyatlarda isə 30 təyyarə iştirak edib.
Sərhəddə isə 155 millimetrlik mərmi atan Fırtına topları da 130 hədəf vurub. Nəticədə PKK-nın istifadə etdiyi 25 "doçka" zenit mövqeyi darmadağın edilib.
Rüstəm