Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Christine Lagarde Ukrayna hökumətinin kəskin iqtisadi islahatlar aparmasını alqışlayıb.
O iyulun 29-da bildirib ki, son 20 il ərzindəki ağır vəziyyətdən sonra yeni Ukrayna hökuməti fiksal islahatlar keçirib və korrupsiyaya qarşıqəti mübarizə aparır.
O canlı keçirdiyi mətbuat konfransında deyib ki, ölkənin şərqində müharibənin davam etməsinə baxmayaraq biz Ukraynada siyasi qətiyyət gördük.
Ukrayna bu ilin noyabrında ABŞ-dan 1 milyard dollar yardım almaq fikrindədir.
Ümumilikdə isə ölkə bu il 3,2 milyard beynəlxalq yardım almağa hazırlaşır.