1 Avqust 2015 08:06
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ohayo əyalətində qaradərili sürücü Samuel Du Bosu başından vuraraq öldürən polis Rey Tensinq məhkəmə tərəfindən təqsirsiz hesab edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinsinati Universitetində çalışan 25 yaşlı polis məmuru sürücünü 19 iyul 2014-cü ildə maşınının nömrəsi olmadığı üçün saxlamış və başından vuraraq öldürmüşdü.

Rey Tensinq ifadəsində sürücü Samuelin avtomobillə uzaqlaşmağa çalışdığını və sonra onu sürüdüyünü səbəb göstərərək vurduğunu söyləyib. Amma kamera görüntüləri polis məmurunun hər hansı bir təhlükəli vəziyyətdə olmadığını göstərir.

Bununla belə məhkəmə polisi günahsız sayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər