Türkiyə Xarici İşlər Nazirliyi İraq hökumətinin rəsmi açıqlamasına sərt və çevik reaksiya verib.
Axar.az-ın məlumatına görə, rəsmi Ankaranın yaydığı bəyanatda PKK-ya qarşı əməliyyatların İraqın ərazi bütövlüyünə heç də təhdid olmadığı qeyd olunub.
Nazirlikdən bildirilib ki, İraqın “İslam xilafəti”nə qarşı mübarizəsinə Türkiyənin dəstək verdiyi göz qabağındadır. Yazılı açıqlamada deyilir ki, Türkiyənin məruz qaldığı terror hücumlarına beynəlxalq qaydalar çərçivəsində cavab verilir:
“Bu mənada İraq sərhədləri içərisində yer alan PKK terror təşkilatına yönəlik əməliyyatlar haqda İraq hökumətinin əsassız mövqeyi məyusluq doğurur. İraq hökuməti hər nə qədər öz ərazilərindən Türkiyəyə qarşı hücumlara icazə vermədiklərini bəyan etsələr də, çoxlu sayda PKK silahlılarının orada olduğu aydındır”.