1 Avqust 2015 01:07
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyə arasında İŞİD-lə mübarizə mövzusunda imzalanan razılaşmanın detallarını açıqlanıb. Publika.az xəbər verir ki, tərəflər Türkiyədəki hərbi bazaların xarici təyyarələr və hərbçilərin istifadəsinə verilməsi mövzusunda razılaşıblar.

Amma PYD (PKK terror təşkilatının Suriya qolu) və Bəşər Əsədlə bağlı müzakirələr davam edir. “Haberturk”ün yazdığına görə, razılaşdırılan və müzakirələri davam edən məsələlər aşağıdakılardır:

1. Suriyanın Cerablus və Azez şəhərləri arasındakı 100 kilometrlik ərazidə İŞİD-dən təmizlənən bölgə yaradılacaq. Bölgə beynəlxalq hüquqdakı təhlükəsiz bölgə statusunu daşımasa da, burada suriyalıların təhlükəsizliyi təmin edilmiş olacaq.

2. İŞİD-dən təmizlənən bölgə Azad Suriya Ordusunun nəzarətinə veriləcək.

3. İŞİD-dən təmizlənən bölgədə həmçinin türkman güclərinin yerləşdirilməsi nəzərdə tutulur. Bununla da PYD-nin kürd kantonlarını birləşdirərək demoqrafik vəziyyəti pozmaq cəhdinin qarşısı alınacaq. ABŞ hazırda PYD-dən kəşfiyyat dəstəyi alır. Bu kəşfiyyat şəbəkəsinə Azad Suriya Ordusu və türkman güclərinin əlavə olunması ilə türkman və ərəblərin hədəf alınması təhlükəsi aradan qalxacaq.

4. Qaçqınlar istədiyi halda İŞİD-dən təmizlənmiş bölgəyə yerləşdiriləcəklər. Türkiyəyə doğru yeni bir köç dalğası gündəmə gələrsə, qaçqınlar bu bölgədə yerləşdiriləcək.

5. Gələcəkdə rejim güclərinin hücumuna məruz qalacağı halda, sözügedən ərazi uçuşa qadağan bölgə elan edilə bilər.

6. Diyarbəkr hərbi hava bazası xarici hərbi təyyarələr və Suriyada həyata keçiriləcək bombardmanlar açılacaq. Malatyadakı ABŞ radar bazası və Batman bazasında yerləşdiriləcək pilotsuz təyyarələr Suriyadakı əməliyyatlar üçün kəşfiyyat dəstəyi təmin edəcək. İncirlik bazası da koalisiya güclərinin ümumi istifadəsində olacaq.

7. Türkiyə və ABŞ-ın birgə qərarı ilə açılacaq bazalardan koalisiya gücləri və bölgə ölkələri istifadə edəcək. Koalisiya gücləri arasında isə Türkiyənin diplomatik münasibətlərinin olmadığı ölkələr də var. Bu baxımdan bazalar koalisiya üzvü olan Misir və İsrail üçün açılmayacaq. Bazalara hərbçilər və təyyarələr gətirəcək ölkələrlə bağlı qərarı Türkiyə və ABŞ birgə verəcək.

8. Yaxın müddətdə Türkiyənin PYD-yə dəstək verməsi gözlənilmir. ABŞ isə İŞİDə qarşı mübarizədə PYD-yə dəstək verəcəyini açıq şəkildə söyləyir. Bu mövzu Türkiyə və ABŞ arasındakı müzakirələrin ən həssas nöqtəsini təşkil edir.

9. ABŞ ilə əldə olunan razılaşma yalnız İŞİD-i əhatə edir. İndiki mərhələdə Bəşər Əsədin devrilməsi ilə bağlı plan yoxdur.


Müəllif:

Oxşar xəbərlər