Xəbər verdiyimiz kimi, bu gün PKK terrorçuları Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq, sərnişin avtobusu və 3 TIR-a od vurub, 70 sərnişini girov götürmüşdülər.
Teleqraf.com-un məlumatına görə, girov götürülənlərin hamısı sərbəst buraxılıb. Onlar müayinə üçün bölgə xəstəxanasına aparılıb.
09:29
Türkiyədə PKK terrorçuları növbəti terror aktı törədiblər. Qars-Ərzurum-İqdır magistral yolunu bağlayan terrorçular çox sayda sərnişini girov götürüblər.
Məlumata görə, yolun bir tərəfində xəndək qazan terrorçular digər tərəfdə bomba partladaraq yolda avtomobillərin hərəkətini iki tərəfli olaraq tamamilə məhdudlaşdırıblar. Bundan sonra PKK terrorçuları iki arada qalan Kağızman bələdiyyəsinə aid sərnişin avtobusu ilə digər avtomobillərdə olan təxminən 70-ə yaxın mülki insanı girov götürüblər.
Artıq polis və jandarm qüvvələri girovların xilas olunması istiqamətində əməliyyatlara başlayıb. Hazırda bölgədə xilasetmə əməliyyatları davam edir.