1 Avqust 2015 10:10
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ötən gün Sesar departamentində qəzaya düşüb, 12 hərbçi həlak olub.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə ölkə prezidenti Xuan Manuel Santos xəbər verib.

O bildirib ki, qəza faktı Kolumbiya Mülki Aviasiya İdarəsi tərəfindən təsdiqləyib.

“El Colombiano” qəzetinin dəqiqləşdirdiyi məlumata görə, şahidlər təyyarənin havada yanmağa başladığını, sonra 3 hissəyə parçalanaraq yerə düşdüyünü iddia ediblər.

Hadisə yerinə çox sayda hərbçilərin gəldiyi bildirilir.

Qəzanın başvermə səbəbləri hələlik məlum deyil.


Müəllif:

Oxşar xəbərlər