“Facebook”un yaradıcısı Mark Zukerberq və xanımı Prisçilla Çan valideyn olacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə milyarder sosial şəbəkədə şəkil paylaşaraq məlumat yayıb. Zukerberq “Bizim möhtəşəm xəbərimiz var! Prisçilla ilə qızımızın doğulmasını gözləyirik! Həyatımızda yeni səhifə açılır. Biz indi bu dünyanı daha da yaxşı etmək üçün çalışacağıq” yazıb.
Xatırladaq ki, Markla Prisçella 2003-cü ildə Harvard Universitetində tanış olublar. Onlar 2012-ci ildə ailə qurublar.
Rüstəm