Türkiyə Xarici İşlər Nazirliyi PKK-ya qarşı əməliyyatlara etiraz edən İraq hökumətinə sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazirlik hücumların beynəlxalq hüquq qaydaları çərçivəsində reallaşdırıldığını vurğulayıb.
Həmçinin qeyd edilib ki, torpaqlarının üçdə biri terror təşkilatının nəzarəti altında olan və sərhədlərini nəzarət altında tuta bilməyən hökumətin Türkiyənin PKK terror təşkilatına qarşı əməliyyatlarına sərgilədikləri reaksiyaları anlamaq və qəbul etmək də mümkün deyil.
Qeyd edək ki, İraqın Baş naziri Heydər Əl Əbadi Türkiyənin Şimali İraq əməliyyatlarına etiraz edərək, bunu İraqın ərazi bütövlüyünə zərər verdiyini deyib.
Samir