Türkiyənin Bitlis bölgəsinin Tatvan rayonunda hərbi hospitala hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum PKK terror təşkilatı döyüşçüləri tərəfindən törədilib. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.
Verilən məlumatlara görə, terrorçular hospitalı yaxınlıqdakı binanın damından atəşə tutub və qara rəngli avtomobil ilə hadisə yerindən uzaqlaşıblar.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Samir