PKK terror təşkilatı son günlərdə Şərqi Anadoluda törətədiyi terror aktlarının bəzi məqamlarını gündəmə gətirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin fikrincə, PKK Ağrı, Kars-Kağızman, İğdır, Doğubayazit, Ərdahan, Gölə və Ərzurumun bir hissəsində aktivliyini artıraraq, burada kanton bölgə yaratmağa çalışır. Kanton bölgənin formalaşmasında terrorçular Ermənistanın dəstəy verəcəyi gələn xəbərlər arasındadır. Onlar məhz Ermənistandan hərbi yardımı almaq üçün hücumlarını artırıblar. Bu planın yerinə yetirilməsi üçün Kandildəki terrorçuların lideri Cəmil Bayık ən yaxın tərəfdaşı Yusif Şeki Doğubayazitə göndərib.
Məlumata görə, o, burada terror aktlarının sayını artırmaq tapşırığını alıb.
Ağrıda Sırrı Sakını və bələdiyyə sədri Leyla Zananın bu bölgədən millət vəkili seçilməsi də təsadüfi deyil. Planların baş tutacağı təqdirdə bu iki şəxsdən biri kanton bölgənin sədri statusunu qazanacaq.
Yayılan məlumatlarda hazırda Ermənistanda PKK düşərgələrinin sayının artdığı və düşərgələrdəki terrorçuların hərbi təlimlərinin gücləndirildiyi qeyd edilib.
Samir