Suriyaya aid döyüş təyyarəsi Türkiyə sərhədi yaxınlığındakı Ariha qəsəbəsində qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Hadisə zamanı 35 nəfər həyatını itirib, 120 dinc sakin isə xəsarət alıb. Məlumatlara görə, qəza nəticəsində qəsəbədəki 6 bina yerlə-yeksan olub.
Hadisənin başvermə səbəbi məlum deyil.
Samir