4 Avqust 2015 18:32
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında prezident Vladimir Putinin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə planını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin İŞİD-lə mübarizədə yeni koalisiya yaradılmasının vacibliyini qeyd edib. Lavrov bildirib ki, Suriya, İraq və bu bölgəyə terroçuluqla mübarizədə yardım edən bütün güclər birləşməlidirlər.

Rusiya lideri həmçinin bu koalisiyaya BMT-nin də dəstək verməsinin vacibliyini vurğulayıb.

Samir


Müəllif: