Küveytdə 40 yaşlı kişiyə ərə verilən 8 yaşlı qız zifaf gecəsi ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Küveytin "Əl Vətən" nəşri məlumat yayıb. Ravan adlı yəmənli qız toy gecəsi cinsi əlaqədən sonra qanaxmadan ölüb.
Yerli əhali isə buna etriaz bildirmək üçün aksiya keçirib.
Hadisə Yəmənlə Səudiyyə Ərəbistanın sərhəddində yerləşən Hardh bölgəsində baş verib.
Qəzetin verdiyi məlumata görə,Yəməndəki qızların 25%-i 15 yaşından tez ərə verilir.
Qeyd edək ki, ölkədə 2009-cu ildə evlilik yaşı qanuni olaraq 17 yaş təyin olunmuşdu. Ancaq qərar islami qaydalarına uyğun olmadığı üçün sonradan ləğv edilmişdi.
Rüstəm