5 Avqust 2015 13:48
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli iş adamı Yəhya Tellioğlu avtomobili ilə gederkən silahlı hücuma məruz qalıb.

Teleqraf.com "Hürriyet"ə istiandən xəbər verir ki, silahlı basqın nəticəsində Yəhya Tellioğlu dünyasını dəyişib. Maşında olan digər şəxs isə yaralanıb.

Avtomobillərin icarəyə verilməsi ilə məşğul olan Yəhya Tellioğlunun maşınına 14 güllə dəyib. Maşın 100 metr getdikdən sonra dayanıb. Ətrafdakıların köməyi ilə xəstəxanya çatdırılan Yəhya Tellioğlunun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə yerində bir ədəd boş giliz tapıb. Hücumu həyata keçirən şəxs və ya şəxslər hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları cinayətkarların tutulması üçün əməliyyata başlayıb.

Teleqraf.com hadisə yerindən olan fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər