6 Avqust 2015 00:33
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xilasedicilər Liviya sahillərində qayığın çevrilməsinin ardından Aralıq Dənizində yüzlərlə miqrantın axtarışına başlayıb.

Bəzi məlumatlara görə, qayıqda təxminən 700 nəfər olub. İrlandiya dəniz qüvvələri əhəmiyyətli insan itkisinin olduğundan ehtiyatlandığını bildirib.

2015-ci ildə Aralıq Dənizini keçərək Avropaya gəlmək istəyən 2000-dən çox miqrantın öldüyü deyilir.
Çərşənbə günü baş vermiş hadisə miqrant dolu balıqçı gəmisinin çətin hava şəraitində dənzə çıxmasının ardından baş verib.

Xilasetmə üçün hadisə yerinə dörd qayıq və üç helikopterin yola düşdüyü bildirilir. Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sözçüsü bildirib ki, 100 miqrantı sudan xilas etmək mümkün olub.


Müəllif:

Oxşar xəbərlər