28 May 2014 21:19
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman jurnalistləri Vatikanda yüksək çinli katolik ruhanilərinin homoseksual əyləncələrindən film çəkib.

“Vatikan qəsdi” adlı filmdə bildirilir ki, homoseksual keşişlər 11 fevral 2013-cü il tarixdə hakimiyyətdən salınmış papa XVI Benedikt tərəfindən himayə olunub.

ARD telekanalında yayılmış filmdə üç il qabaq italyan jurnalist Karmelo Abbatenin başına gəlmiş əhvalat bəhs edilir. O, dostluq etdiyi bir homoseksualın Vatikan keşişlərindən biri ilə yatdığını öyrənir. Həmin dostunun vasitəsi ilə jurnalist homoseksual keşişlərin qapalı klubuna gizli kamera yerləşdirir və Roma monsenyorlarının sifarişlə gətirtdikləri yeniyetmə oğlanla intim əlaqəyə girməsini çəkir.

Karmelo Abbate daha dəhşətli hadisəninin bütün bunlardan sonra baş verdiyini deyir: “Sonra elə bir məqam gəldi ki, məni hamıdan çox dəhşətə gətirdi. Mən onda anladım ki, burada söhbət yalnız seksdən getmir. Dostumla yatmış fransız keşiş səhər yol çantasından kilsə ləvazimatı çıxardı və duaya başladı - həmin evdə o və başqa keşişlər gecə homoseksual əlaqəyə girmişdilər”. /anspress/


Müəllif: