7 Avqust 2015 21:22
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Türkiyədəki terror hadisələri ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran sərhəd keçidinə nəzarət xidmətinin baş direktoru Məhəmməd Cavad Atrçiyan məlumat verib. Onun sözlərinə görə, yük maşını sürücülərinə gecə Türkiyə ərazisinə keçməmələri məsləhət görülüb: "Yük maşını sürücülərinə mümkün qədər gecə saatlarında İrandan Türkiyəyə getməmələrini tövsiyə edirik".

Artçiyan bu addımın vətəndaşların təhlükəsizliyi üçün atıldığını bildirib. Tehran - Ankara reysinə edilən hücuma da fikir bildirən Artçiyan hadisədən sonra yerli TIR sürücülərinin türk torpaqlarına keçməsinə icazə verilmədiyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər