29 May 2014 09:49
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə mayın 26-dan başlayaraq üç gün davam edən prezident seçkisinin ilkin nəticələri bəlli olub.

Sabiq müdafiə naziri və ordu komandanı feldmarşal Əbdülfəttah əl-Sisi 93,3 faiz səslə dövlət başçısı seçilib. Onun yeganə rəqibi – sosialist Həmdin Səbahi 3 faiz səs alıb. Bülletenlərin 3,7 faizinin korlandığı bildirilir.

Misir ordusu ötən il iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Hazırda ölkəni müvəqqəti prezident Ədli Mənsur idarə edir.

Əbdülfəttah əl-Sisi 1954-cü il noyabrın 19-da Qahirədə anadan olub. 1977-ci ildə Qahirə Hərbi Akademiyasını bitirib. /Media forum/


Müəllif: