Rumıniyanın paytaxtı Buxarestdə ukraynalı turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilir ki, hadisə zamanı avtobusda 22-i azyaşlı olmaqla 53 sərniin olub. Qəza nəticəsində 2 nəfər ölüb, 41-i isə xəsarət alıb. Ölənlərdən biri 17 yaşlı yeniyetmə qız olub.
Faktla bağlı Buxarest prokurorluğunda istintaq başlayıb.
Samir