İraq ordusu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində 24 terrorçu öldürülüb, 9-u isə yaralı olaraq, ələ keçirilib. Əməliyyat əsasən İraqın Ənbar və Diyalə vilayətlərində aparılıb.
Yayılan məlumatlarda hücumlar zamanı İŞİD-ə məxsus 4 zirehli texnika məhv edilib.
Samir