İngiltərə İspaniyanı Cəbəllütariqdə ölkənin sərhədlərini pozmaqda günahlandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər evrir ki, bununla bağlı İngiltərə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, İspaniyaya aid gəmilərin dəfələrlə Cəbəllütariq sularına girərək İngiltərənin suverenlik haqqlarını pozub.
İcazəsiz edilən bu girişlərin dəniz hüququna zidd olduğuna diqqət çəkilən məlumatda Londonun məsələni İspaniyanın aidiyyatı qurumları ilə müzakirə edəcəyi qeyd edilib.
Qeyd edək ki, İspaniya Cəbəllütariq üzərindəki suverenliyini 300 il əvvəl İngiltərəyə verib.
Samir