10 Avqust 2015 23:15
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti yeni mövsümdə ölkəni qaza tələbatını ödəmək üçün Rusiyanın "Qazprom" şirkəti ilə yeni müqavilə imzalayacaq.

Teleqraf.com xarici mediaya istinadın xəbər verir ki, bununla bağlı Ukraynanın energetika naziri Vladimir Demçişin açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna birmənalı şəkildə ruslarla razılığa gəlmək niyyətindədir. O, alınacaq qazın qiymətinin 250 dollardan baha olmayacağını deyib.

Həmçinin nazir bildirib ki, Ukrayna, Avropa Birliyi və Rusiya arasında avqustun sonunda üçtərəfli görüş Vyanada keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər