Donbasdakı münaqişəyə görə hər iki tərəf məsuliyyət daşıyır.
Bunu Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Zavsan Şebli söyləyib. Onun sözlərinə görə, Donbasdakı vəziyyət Almaniyanı narahat edir:
“Donbas ərazisindəki vəziyyəti biz narahatlıqla müşahidə edirik və Ukraynada vəziyyətin nizama salınması üçün Minsk sazişinin həyata keçirilməsini vacib sayırıq. Berlin bu regiondakı hadisələrə görə hər iki tərəfin məsuliyyət daşıdığı fikrindədir”.
/Axar.az/