Suriya prezidenti Bəşər Əsədin qardaşı Süleyman Əsəd həbs edilib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Suriya hökuməti məlumat yayıb. Bildirilib ki, Süleyman ələvilərin polkovnikini öldürməkdə ittiham edilib. Onun istintaq başa çatana qədər həbsdə saxlanılacağı açıqlanıb.
Qeyd edək ki, hadisə Lazkiye şəhərində baş verib. Polkovnik Hesan Şeyhi ailəsinin gözü önündə güllələnib.
Samir