Türkiyənin Bakırköy ikinci Ağır Cinayətlər Məhkəməsi tərəfindən haqqlarında həbs qərarı çıxarılan Bakırköy Respublika Prokurorluğunun keçmiş prokurorları Zəkəriyyə Öz, Cəlal Qara və Məmməd Yüzgəc Ermənistana sığınıb.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, keçmiş prokurorlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, Türkiyə Cumhuriyyətinin mənafeyinə qarşı işlər görmək və vəzifələrindən sui-istifadə etməkdə günahlandırılır. Bir müddət əvvəl onların Gürcüstan ərazisinə keçəcəyi bildirilsə də, sabiq prokurorlar Ermənistanı seçib.
Samir