29 May 2014 10:57
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Bağdad və Mosul şəhərlərində avtomobillərə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində ümumilikdə 31 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, yerli polisin bildirdiyinə görə, ayrı-ayrı vaxtlarda baş verən partlayışlarda ölənlərin 12 nəfəri Bağdad, 19-u isə Mosuldan olub.

Ölənlər arasında əsgər və polislərin də olduğu deyilir.


Müəllif: