İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Türkiyəni təhdid edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İŞİD Türkiyəni döyüşdən əl çəkməyə çağırıb: "İntihar hücumlarının sayının artmasını istəmirsinizsə, müharibədən əl çəkin!".
Terroçular həmçinin Türkiyənin ABŞ-a İncirlikdəki bazasından istifadə etməsinə də münasibət bildirib.
İŞİD döyüşçüləri Ankara hökumətini bu fikrindən daşınmağa çağırıb: "Təkliflərimizi qəbul etməsəz, hücumlarımızı artıracayıq. Onda ABŞ sizə kömək edə bilməyəcək. Hücum zamanı bomba partlayanda oturub ağlamayın. Bunu siz istədiniz".
Samir