Suriyanın 3 şəhərində 48 saatlıq atəşkəs elan edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı üsyançı qruplarla hökumət tərəfdarları arasında razılıq əldə edilib. Atəşkəs saat 03:00-dan etibarən Livan sərhəddinin yaxınlığında yerləşən Zabadani, Fuaa və Kafraya şəhərlərində başlayacaq.
Atəşkəs razılaşmasında vaxtaşırı mühasirədə olan rayonlara ərzaq və tibbi yardımın edilməsi üçün nəzərdə tutulub.
Samir