12 Avqust 2015 11:15
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kilis vilayətinin Əlbəyli mahalının sərhədində İŞİD-in açdığı atəş nəticəsində həlak olan ehtiyatda olan zabit Məmməd Yalçın Nanənin oğlu Baş nazir Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğlunun əllərində dünyaya gəlib.

Axar.az xəbər verir ki, Baş nazirin “O uşaq Türkiyənin övladıdır” dediyi şəhidin öz adının verildiyi oğlu üçün bu gecə saat 02:30 radələrində Qaziantepə gedən Sare Davudoğlu doğumu reallaşdıran qrupun başında yer alıb.

Qaziantep Xüsusi Düztəpə Həyat Xəstəxanasında saat 04:00-da qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Sare Davudoğlu əməliyyatdan sonra ana və körpəsini otağında da ziyarət edib.


Müəllif:

Oxşar xəbərlər